Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Aşağı qan təzyiqi Alzheimer xəstəliyinə tutulma riskini artıra bilər.
Redaktor.az xəbər verir ki, bu haqda tibb elmləri doktoru, professor Mixail Koryaki life.ru-ya danışıb.
Onun sözlərinə görə, aparılan araşdırmalar aşağı qan təzyiqi olan insanlarda Alzheimer xəstəliyinə tutulma riskinin sağlam insanlarla müqayisədə 2,7 dəfə yüksək olduğunu göstərib.
Mütəxəssis bunun mümkün səbəblərindən birinin beyinin kifayət qədər qan, oksigen və qida maddələri ilə təmin olunmaması olduğunu bildirib. Onun sözlərinə görə, uzun müddət davam edən aşağı təzyiq sinir hüceyrələrinin fəaliyyətinə mənfi təsir göstərə bilər.
Bununla belə, professor vurğulayıb ki, aşağı qan təzyiqinin Alzheimer xəstəliyinə birbaşa səbəb olduğunu demək hələ mümkün deyil və bu əlaqə ilə bağlı əlavə tədqiqatlara ehtiyac var.
Aytəkin TOFİQQIZI