Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2025-ci ilin ilk doqquz ayı ərzində idmançılardan ümumilikdə 649 dopinq nümunəsi götürüb.
Apasport.az xəbər verir ki, bu barədə AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi” adlı beynəlxalq konfransın açılış mərasimində bildirib.
O qeyd edib ki, götürülən nümunələrin 282-si yarış zamanı, 367-si isə yarışdan kənar testlər olub.
Bundan əlavə, hazırda 68 idmançı Qeydiyyata Alınmış Test Qrupunun (QTQ) nəzarətindədir.
İslam Oyunları: Medal sıralaması Azərbaycan idmançıları İslamiadada 5 növdə qüvvələrini sınayacaqlar İslamiada: Azərbaycan millisi Səudiyyə Ərəbistana məğlub olub İslamiada: Üzgüçümüz bürünc qazanıb Fərid Qayıbov Ər-Riyadda Azərbaycan idmançıları ilə görüşüb - FOTO