AMADA Azərbaycan atletlərinə maarifləndirici seminar keçirib

04.12.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Atletika Federasiyasının inzibati binasında Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən maarifləndirici seminar keçirilib.

İdman.Biz xəbər verir ki, tədbirdə Azərbaycan atletika millisinin üzvləri və “Zəfər” qaçış klubunun idmançıları iştirak ediblər.

Seminarda onlara antidopinq qaydaları, idman etikası və düzgün hazırlıq prinsipləri barədə faydalı məlumatlar verilib. Bu cür seminarların idmançıların bilik və maariflənmə səviyyəsinin artırılmasında böyük rolu olduğu qeyd edilib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью