AMADA ilə UzNADA arasında əməkdaşlıq

09.06.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin mətbuat xidməti məlumat yayıb.

AMADA ilə Özbəkistan Milli Antidopinq Agentliyi (UzNADA) arasında əməkdaşlıq memorandumu AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə və Özbəkistan Milli Antidopinq Agentliyinin direktoru Abdüşükür Sadıqov tərəfindən imzalanıb.

Memorandum antidopinq təhsili, dopinq nəzarəti, terapevtik istifadə üçün istisnalar (TUE), idmançıların bioloji pasportu (ABP), ADAMS sistemi, nəticələrin idarə olunması, araşdırma və təhqiqat fəaliyyəti, həmçinin beynəlxalq idman tədbirlərində əməkdaşlığın inkişafını nəzərdə tutur. Bundan əlavə, tərəflər təcrübə mübadiləsi aparmaq, birgə təlim proqramları təşkil etmək, informasiya və metodik materiallarla qarşılıqlı əməkdaşlığı gücləndirəcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью