Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda keçirilmiş güləş üzrə U-17 Dünya çempionatında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü ilə maarifləndirmə proqramı təşkil olunub.
AMADA-dan verilən məlumata görə, Milli Gimnastika Arenasında keçirilən maarifləndirmə proqramı zamanı qurumun təmiz idman guşəsini ziyarət edənlərə antidopinq qayda pozuntuları, idmançıların hüquq və öhdəlikləri, eləcə də 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlar haqqında ətraflı məlumat verilib.
Bundan əlavə, dopinq və narkotik maddələrin sağlamlığa və idman karyerasına mənfi təsirləri iştirakçıların diqqətinə çatdırılıb.
Ziyarətçilər antidopinq mövzusunda viktorinalarda iştirak edib, qaliblərə xatirə hədiyyələri təqdim olunub.
Qabil YUSİFOĞLU
XQ