AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib

24.09.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılar üçün maarifləndirici seminar təşkil edib.

Apasport.az xəbər verir ki, AMADA-nın təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərovun keçirdiyi təlimdə iştirakçılara antidopinq sahəsinin əsas istiqamətləri barədə məlumat verilib.

Seminar zamanı dopinq nəzarəti prosesi, idmançıların hüquq və öhdəlikləri, antidopinq qaydalarının pozulması və bunun hüquqi nəticələri izah olunub. Həmçinin dopinq vasitələrindən istifadənin insan sağlamlığına, peşəkar fəaliyyətə və idmançıların gələcək karyerasına yarada biləcəyi risklər diqqətə çatdırılıb.

Təlimdə təmiz idman prinsiplərinə riayət olunmasının və ədalətli rəqabət mühitinin qorunmasının vacibliyi vurğulanıb. Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Bakı çempionatında finalçılar bəlli olub APA Group yeni mövsümə başladı - VİDEO Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb O, Formulada ilk azərbaycanlı pilot ola bilər - VİDEO “Sıfırı bir etdim” sənədli filminin təqdimatı keçirilib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью