sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransanın Strasburq şəhərində Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 66-cı iclası keçirilib.
Sport24.az xəbər verir ki, iclasda ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbirin gündəliyinə ötən iclasın hesabatının təsdiqi, antidopinq siyasətinin beynəlxalq hüquq çərçivəsində təşkili, yeni çağırışlar və gələcək görüşlərin planlaşdırılması kimi müxtəlif məsələlər daxil edilib.
İclas çərçivəsində gender bərabərliyinin təşviqi məqsədilə idmanda ədalətli şəraitin yaradılması barədə fikir mübadiləsi aparılıb.
"Antidopinqdə Gender Bərabərliyinin Təminatı" (GECA) komitəsinin fəaliyyəti müzakirə mövzuları sırasında yer alıb.
Tədbirdə, həmçinin "OneVoice" təşəbbüsünün əhəmiyyəti yüksək qiymətləndirilib.
"OneVoice" dünyada antidopinq tədbirlərinin əlaqələndirilməsi və vahid strategiyanın inkişaf etdirilməsi məqsədi daşıyır.