AMADA tərəfindən 2024cü ildə idmançılardan 1300 antidopinq testi götürülüb | Icma.az
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən 2024-cü ildə idmançılardan 1300 antidopinq testi götürülüb.
"Report" xəbər verir ki, bu barədə agentiliyin hesabatında bildirilib. Test Bölüşdürmə Planı 30 idman növünü və 56 yarımnövü əhatə edib.
52 milli yarışda testetmə keçirilib, 6 beynəlxalq yarışda nümunə toplamaq AMADA-ya həvalə olunub.
Testlərin 90,6 faizi Bakıda, 7,5 faizi bölgələrdə, 1,8 faizi isə dünyanın digər şəhərlərində götürülüb.
Cari ildə AMADA-nın Nəticələrin emalı və təhqiqat şöbəsi 8 idmançı barəsində müxtəlif antidopinq qayda pozuntularına dair icraat başladıb.
Bunlardan 4-ü idmançı tərəfindən qadağan edilmiş maddə və ya üsuldan istifadə və ya istifadə cəhdi, 2-si idmançının nümunəsində qadağan olunmuş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu, 1-i idmançı tərəfindən nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmə, 1-i isə dopinq nəzarətinin hər hansı bir hissəsinin saxtalaşdırılması və ya saxtalaşdırma cəhdi ilə əlaqədardır.
Hesabat dövründə 9 antidopinq qayda pozuntusu üzrə sanksiya qərarı qəbul olunub.
Tam oxu
Xəbəri oxu