AMADA Zirə nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

05.10.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu barədə Ölkə.az AMADA-dan məlumat verilib.

Seminar zamanı iştirakçılara dopinq nəzarəti prosesi, idmançıların hüquq və vəzifələri, antidopinq qayda pozuntuları, eləcə də 2027-ci ildən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlardakı əsas yeniliklər barədə ətraflı məlumat verilib.

Eyni zamanda dopinq istifadəsinin insan sağlamlığı üçün yaratdığı ciddi risklər, idmançı karyerasına vurduğu zərərlər, antidopinq qayda pozuntularının mümkün nəticələri və təmiz idmanın vacibliyi xüsusi diqqətə çatdırılıb.

Seminar interaktiv formatda keçirilib, gənc futbolçuların sualları cavablandırılıb və onların antidopinq sahəsində biliklərinin artırılmasına dəstək göstərilib.

​

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью