Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Bu gün mərhum sənətkar, Xalq artisti Fuad Poladovun anım günüdür.
Kulis.az aktyor haqqında 10 maraqlı faktı təqdim edir. 1. Fuad Poladov Bakıda Sovetski məhəlləsində müəllim ailəsində anadan olub.
Anası Hənifə ibtidai sinif müəlliməsi, atası Ağarəhim Poladov isə kimya-biologiya müəllimi olub.
Atası müəllimliklə yanaşı məktəb direktoru, maarif şöbə müdiri olub.
Fuad Poladov əvvəllər atası işlədiyi məktəbdə oxuyub, lakin, sonradan o məktəbdən xaric olunub 132 nömrəli məktəbə keçirilib.
Fuad məktəbdən xaric olunanda atası bu məsələyə qəti şəkildə qarışmayıb. *** 2.
On altı yaşı olanda Fuad Poladov bir gün evə gəlir, görür ki, atası onun filmlərdən olan şəkillərinin hamısını cırıb.
Sən demə həmin ərəfədə Fuad Poladov yanındakı qıza söz atan oğlanla dalaşdığı üçün polisə düşüb.