Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı FOTO

13.08.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Mərhum Xalq artisti Amaliya Pənahovaya aid qılınc Türkiyədə satışa çıxarılıb.
Bizim.Media "Teleqraf.az"a istinadən xəbər verir ki, tanınmış aktrisanın 1993-cü ildə Türkiyədə bir quruma və ya şəxsə hədiyyə etdiyi qılınc auksion saytlarının birində yer alıb.
Hədiyyə qılıncın üzərində yazılıb: "Türkiyə Cümhuriyyətinin yaranmasının 70 illiyi şərəfinə! Bakı Bələdiyyə Teatrından. Amaliya Əliş qızı Pənahova. 29.10.1993".
Xatırladaq ki, Amaliya Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb, bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib.
Xalq artisti 2018-ci ildə vəfat edib.





Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью