Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xalq artisti Tünzalə Ağayeva qızı Fidanla bağlı etiraf edib.
Axşam.az xəbər verir ki, müğənni “Afaqla 10lar” proqramında övladının uşaqlıq illərində onun yanında istədiyi qədər ola bilmədiyini deyib:
“İçimdə qalıb, uşaqlıqda Fidanın yanında istədiyi qədər ola bilməmişəm. Eyni zamanda, Fidanı 11 ildir öz yanımdan göndərmişəm İstanbula. Bəlkə də bir az amansız ana oldum, amma zaman gələcək deyəcək ki, ana, nə yaxşı məni bura göndərmisən. Dəfələrlə deyib də”.