Amansız QƏTL: Doğrayıb yandırmaq istədilər | Icma.az
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Zakarpatya vilayətinin Tyaçevşina rayonunda polis yerli sakini vəhşicəsinə qətlə yetirən bir qrup cinayətkarı saxlayıb.
Hücum edənlər qurbanın cəsədini parçalayaraq yandırmağa çalışıblar.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Zakarpatya vilayəti polisinin mətbuat xidməti məlumat yayıb.
"Yanvarın 27-də saat 21:36-da polis əməkdaşlarına Tyaçevşina sakini tərəfindən ərinin itkin düşməsi barədə məlumat daxil olub.
Qadın bildirib ki, o, yanvarın 24-də səhər saatlarında evdən çıxıb və o vaxtdan bəri geri qayıtmayıb və zənglərə cavab vermir”, -məlumatda qeyd edilir.
Tyaçevşina polisi müəyyən edib ki, itkin düşən 37 yaşlı kişi sonuncu dəfə üç həmkəndlisi ilə ziyafətdə görünüb.
Ziyafətin keçirildiyi Ternovo kəndinin 44 yaşlı sakininin evinə baxış zamanı qan izləri aşkar edilib.
Tam oxu
Xəbəri oxu