“Amazon” ABŞ da “TikTok” almaq üçün müraciət edib

03.04.2025

Icma.az, Oxumeni.az saytına istinadən bildirir.

“Amazon” ABŞ-da “TikTok” almaq üçün müraciət edib


“Amazon”, “TikTok”-un ABŞ bölməsini Çinin “ByteDance”-dən almaq üçün son dəqiqə təklif edib. Bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Təklif ABŞ-ın vitse-prezidenti Cey Di Vensə və ölkənin ticarət naziri Hovard Latnikə ünvanlanmış məktub şəklində göndərilib.
Qəzetin həmsöhbətləri qeyd edirlər ki, “TikTok”-un mülkiyyət strukturunun dəyişdirilməsi ilə bağlı danışıqlarda iştirak edən müxtəlif tərəflər “Amazon”-un təklifini ciddi qəbul etmirlər.
“Amazon” şərh verməkdən imtina edib.
“The New York Times” qeyd edir ki, Tramp aprelin 2-də Ağ Evin yüksək səviyyəli rəsmiləri ilə “TikTok”-un gələcəyini müzakirə etmək üçün görüş keçirməyi planlaşdırır. Potensial sövdələşmə yeni amerikalı investorların şirkətin rəsmi satışı olmadan sosial şəbəkənin kapitalına daxil olmasını əhatə edə bilər.
Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью