Icma.az, Banco.az portalına istinadən məlumat verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
“Amazon” “Alexa” vasitəsilə mesajlaşma üzərindən alış-veriş imkanını istifadəyə verib.
Banco.az xəbər verir ki, “Amazon” ABŞ-dəki müştərilərinə süni intellekt əsaslı alış-veriş köməkçisi “Alexa for Shopping” vasitəsilə məhsul axtarmağa və qısa mesajlarla alış-verişi tamamlamağa imkan verən yeni funksiyanı istifadəyə verib.
Şirkətin cümə günü yaydığı açıqlamaya görə, yeni mesajlaşma funksiyası istifadəçilərə məhsulları araşdırmaq, müxtəlif seçimləri müqayisə etmək, endirimləri və qiymət dəyişikliklərini izləmək imkanı yaradır.
“Alexa for Shopping” istifadəçilərin istəyi əsasında alış-veriş əməliyyatını da tamamlaya bilir.
“Amazon” yeni funksiyanın ilkin mərhələdə ABŞ-də yalnız dəvət olunmuş məhdud sayda müştəri üçün əlçatan olduğunu bildirib. Yaxın həftələrdə bu imkanın daha geniş istifadəçi kütləsinə təqdim edilməsi planlaşdırılır.
Bizi sosial şəbəkələrdən izləyin!!