“Amazon” “Decart”ın texnologiyasını satın alır

23.11.2026

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Amazon” “Decart”ın texnologiyasını satın alır.

Banco.az xəbər verir ki, ABŞ-nin texnologiya şirkəti “Amazon” süni intellekt startapı “Decart AI”ın optimallaşdırma texnologiyalarını satın almaq və şirkətin təsisçilərini tədqiqatçı və mühəndis komandaları ilə birlikdə öz bünyəsinə qatmaq barədə razılığa gəldiyini açıqlayıb.

“Amazon”un açıqlamasında “Decart”ın texnologiyasının şirkətin xüsusi çiplərə yatırımlarını inkişaf etdirməsinə və müştərilərinin süni intellekt sistemlərində nəticələrin əldə olunması prosesini optimallaşdırmasına töhfə verəcəyi bildirilib.

Razılaşma çərçivəsində “Decart AI”ın həmtəsisçiləri Din Leytersdorf, Moşe Şalev və Oriyan Leytersdorf süni intellekt üzrə tədqiqatçılar və mühəndislərdən ibarət komandaları ilə birlikdə “Amazon”a qoşulacaqlar.

Nəticələrin əldə olunma sürətini və hesablama səmərəliliyini artıran yeniliklərə önəm verdiyini vurğulayan “Amazon” 2025-ci ildən bəri “Decart”la əməkdaşlıq etdiyini bildirib. Satınalma əməliyyatının tənzimləyici qurumların təsdiqi də daxil olmaqla, adi yekunlaşma şərtlərindən asılı olduğu qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью