Amazon dronlarla mal çatdırmaq xidmətini dayandırdı

19.01.2025

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Amazon insidentlərdən sonra ABŞ-də pilotsuz təyyarələrin "çatdırılma proqramı"nı dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "PCMag" nəşri məlumat yayıb.
Məlumata görə, keçən dekabr ayında iki "MK30" pilotsuz təyyarəsi Oreqon ştatının Pendleton şəhərində toqquşub.
Nəticədə, şirkət Texas və Arizona ştatlarında kommersiya dronlarının çatdırılması xidmətini dayandırıb.
Son hadisələr Amazon-un 2030-cu ilə qədər 500 milyon paketi dronla çatdırmağı planlaşdıran iddialı proqramına zərbədir.
Oktyabr ayında Amazon Britaniya hökumətindən razılıq aldıqdan sonra dronları İtaliya və Böyük Britaniyadakı çatdırılma şəbəkələrinə inteqrasiya etmək planlarını açıqladı .

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью