Amazon gələn həftə minlərlə işçisini ixtisar edəcək

23.01.2026

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az 

"Amazon" gələn həftə minlərlə işçisini ixtisar edəcək.

Banco.az xəbər verir ki, bu barədə Reuters məlumat verib.

İşdənçıxarmalar  oktyabr ayında elan edilən təxminən 28.000 işçinin korporativ işçi qüvvəsinin ixtisarının bir hissəsidir. Şirkət artıq 2025-ci ildə təxminən 14.000 işçini işdən çıxarıb. Agentliyin mənbələrinə görə, ixtisarlar xüsusilə Amazon Web Services-in bulud bölməsinin və Prive Video yayım xidmətinin işçilərinə təsir edəcək.

İşçilər 27 yanvar tarixindən etibarən ixtisar bildirişləri almağa başlayacaqlar. Sürücülər və paylama mərkəzi işçiləri də daxil olmaqla, Amazon-un ümumi işçi qüvvəsi təxminən 1,58 milyon nəfərdir.

Son üç ayda Amazon-un bazar kapitallaşması 4,5% artaraq 2,29 trilyon dollara çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью