Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Amerikalı onlayn pərakəndə satış şirkəti “Amazon” bir neçə min işçisini işdən çıxarmağı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat verib.
Nəşrin məlumatına görə, növbəti ixtisarlar gələn həftə baş tutacaq və ötən ilin oktyabr ayında elan edilən rasionallaşdırma proqramının bir hissəsidir. Ümumilikdə şirkət təxminən 27.000 iş yerini ixtisar etməyi planlaşdırır ki, bunlardan təxminən 14.000-i artıq ləğv edilib.
Qeyd edək ki, daha əvvəl “Amazon”un təsisçisi Ceff Bezos şirkətdə böyük bir pay sataraq bir gündə 3 milyard dollardan çox vəsait toplayıb. “Amazon”un səhmlərinin qiyməti rekord həddə çatdığı üçün o, 16 milyondan çox səhm satıb.