Amazon müştərilərini aldatdığına görə rekord cərimə ödəyəcək

26.09.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Amazon" öz müştərilərini aldatdığına görə ABŞ Federal Ticarət Komissiyası (FTC) ilə rekord məbləğdə cərimə ödəməsi barədə razılığa gəlib.

Oxu.Az-ın "Kommersant" nəşrinə istinadən verdiyi xəbərə görə, şirkət hökumətə 1 milyard dollar cərimə ödəyəcək, həmçinin zərər görmüş istehlakçılara 1,5 milyard dollar kompensasiya ödəniləcək.

FTC "Amazon"a qarşı 2019-cu ilin ortalarında idda qaldırmışdı. Tənzimləyici orqanın fikrincə, şirkət illər boyu istifadəçilərin razılığı olmadan onları "Amazon Prime" abunəliyinə qoşmaqla qəsdən aldadıb.

Bu abunəlik illik 139 dollara başa gəlir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью