Amazon Səudiyyə Ərəbistanına 5 milyard dollar investisiya yatıracaq | Icma.az
Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az ABŞ-ın e-ticarət nəhəngi “Amazon”un bulud hesablama şirkəti “Amazon Web Services” (AWS) və “Humain”in Səudiyyə Ərəbistanında "AI Zone" yaratmaq üçün strateji tərəfdaşlığa 5 milyard dollardan çox investisiya qoymağı planlaşdırdığı bildirilir.
Banco.az xəbər verir ki, “Amazon” tərəfindən verilən açıqlamada bildirilir ki, “AWS” və “Humain” Səudiyyə Ərəbistanında və qlobal miqyasda süni intellekt tətbiqlərini sürətləndirmək məqsədilə süni intellekt bölgəsi yaradacaqlar.
“AWS” və “Humain”in Səudiyyə Ərəbistanında süni intellekt bölgəsi yaratmaq üçün 5 milyard dolları aşan strateji tərəfdaşlıq sərmayəsi qoymağı planlaşdırdıqları qeyd olunub.
Açıqlamada həmçinin bildirilib ki, sözügedən süni intellekt bölgəsi öz növündə ilk olacaq və Səudiyyə Ərəbistanının süni intellekt sahəsində dünya lideri olmaq vizyonunu dəstəkləyəcək.
Bizi sosial şəbəkələrdən izləyin!! Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu