Amazon SpaceX ə rəqib olur: Kosmosa 3200 peyk göndəriləcək

04.04.2025

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyanın ən böyük elektron ticarət platforması olan "Amazon" qlobal səviyyədə yüksək sürətli internet şəbəkəsi quracaq. Bu məqsədlə şirkət ilkin olaraq 27 ədəd peyki kosmosa göndərəcək. 


9 aprel tarixində Floridada yerləşən "Cape Canaveral" Kosmik Qüvvələr Stansiyasından həyata keçiriləcək buraxılış, "Amazon"un yüksək sürətli internet xidmətləri sahəsindəki iddiasını gücləndirəcək.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu işləri "Amazon" Kuiper Layihəsi çərçivəsində həyata keçirəcək. Yeni layihə İlon Maskın "SpaceX" şirkətinin Starlink layihəsinin bənzəri olacaq. 


"Amazon" aşağı Dünya orbitində (LEO) təxminən 3 min 200 peyk vasitəsilə qlobal internet şəbəkəsi qurmağı hədəfləyir. Şirkət bu layihəyə 10 milyard dollar sərmayə yatırmağı planlaşdırıb.


Hal-hazırda "SpaceX"in Starlink layihəsi çərçivəsində 125 ölkədə beş milyondan çox istifadəçiyə xidmət göstərir. "Amazon" isə öz veb xidmətləri və istehlakçı məhsulları təcrübəsi ilə bu bazarda mühüm yer tutmağı hədəfləyir.


Bəsti Rəfizadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью