“Amazon” “Starlink”ə rəqib 27 peykini orbitə buraxdı

29.04.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Texnologiya nəhəngi “Amazon” “Starlink” layihəsinə rəqib olaraq nəzərdə tutulan 27 peykini orbitə buraxıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Amazon”un 10 milyard dollar dəyərində olan “Project Kuiper” adlı təşəbbüsü çərçivəsində ümumilikdə 3 236 peykin orbitə buraxılması planlaşdırılır. Layihənin məqsədi – fərdi istifadəçilər, müəssisələr və dövlət qurumları da daxil olmaqla, bütün dünyada genişzolaqlı internet xidmətlərinin təmin edilməsidir.

Yeni şəbəkə İlon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkətinə məxsus “Starlink” xidmətinə ciddi rəqib olmağa iddialıdır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью