Amazon un BƏƏ dəki məlumat mərkəzi yanaraq sıradan çıxıb

02.03.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Amazon Web Services" (AWS) bulud xidmətinin BƏƏ-dəki məlumat mərkəzlərindən biri yanğın səbəbindən sıradan çıxıb.

XQ xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Amazon"un bəyanatına istinadən məlumat yayıb.

Şirkət bildirib ki, AWS məlumat mərkəzində yanğın baş verib və müəyyən əşyalar obyektə dəydikdən sonra elektrik enerjisi kəsilib.

"Amazon" təfərrüatları açıqlamayıb, lakin KİV qeyd edib ki, məlumat mərkəzi İranın zərbələrindən biri nəticəsində zədələnib.

N.Adilqızı
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью