AMB: 2025 ci ilin sonuna Kapital bazarları haqqında qanun layihəsi hökumətə təqdim ediləcək

15.04.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

2025-ci ilin sonuna "Kapital bazarları" haqqında qanunvericilik paketini həm Prezidentə, həm də Nazirlər Kabinetinə təqdim etməyi planlaşdırırıq.

"APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müşaviri Vüqar Əliyev deyib.

“Bu da kapital bazarlarında yeni mərhələ, metamarfozdur" - V. Əliyev bildirib.

O qeyd edib ki, kapital bazarlarının fundamental olaraq inkişaf etdirilməsi üçün böyük layihə həyata keçirilir: “AMB təkcə kapital bazarları sektoru deyil, digər sektorları da bu işə cəlb edib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью