AMB: 2025ci ildə valyuta bazarında sabitlik təmin ediləcək

18.12.2024

Icma.az, Apa.az saytına istinadən bildirir.

2024-cü ilin noyabr ayının sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 10.9 mlrd. ABŞ dolları təşkil edib. Bu da beynəlxalq səviyyədə qəbul olunmuş müvafiq kifayətlilik normalarını əhəmiyyətli dərəcədə üstələyir.

Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Qeyd edilib ki, AMB-nin valyuta ehtiyatlarının cari səviyyəsi 3 aylıq mal və xidmət idxalından 2 dəfə çoxdur. Cari əməliyyatlar hesabında proqnozlaşdırılan profisit 2025-ci ildə də valyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsas verir. Oktyabr proqnozuna görə 2025-ci ildə cari əməliyyatlar hesabının profisitinin 5.5 mlrd. ABŞ dolları səviyyəsində olacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью