AMB 40dan çox mərkəzi bankla qeyrimüəyyənlik dövründə dəyişikliklərin idarə edilməsini müzakirə edib

29.11.2024

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankı (AMB) “Həddindən artıq qeyri-müəyyənlik dövründə mərkəzi banklarda strateji inkişaf və dəyişikliklərin idarə edilməsi” 6-cı illik beynəlxalq dəyirmi masada iştirak edib.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir. Dəyirmi masa onlayn formatda keçirilib.

Məlumata görə, tədbirdə dünyanın 40-dan çox ölkəsinin mərkəzi bankının nümayəndələri günümüzün mürəkkəb problemlərini həll etmək üçün fikir və strategiya mübadiləsi aparıb.

“Strategiyaların Tətbiqində Öyrənilən Dərslər və Uğurlar” mövzusunda keçirilən sessiyada 2024-2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişaf Strategiyasına və hərtərəfli strategiyanın icra çərçivəsi ilə bağlı AMB-nin baxışları təqdim edilib.

Tədbirdə AMB digər mərkəzi banklar ilə strategiyanın hazırlanması və icrasında ən yaxşı təcrübələr, qurumların müsbət nümunələri, qlobal qeyri-müəyyənlik dövründə mərkəzi bankların üzləşdiyi problemlər və gələcək təşəbbüsləri istiqamətləndirilməsi məsələləri müzakirə edib.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью