AMB: “AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub

10.07.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“AtaSığorta” ASC kibertəhlükəsizlik tələblərini pozub.

“APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, AMB tərəfindən “AtaSığorta”da monitorinq aparılıb.

Monitorinq zamanı sığorta şirkətinin kibertəhlükəsizlik tələblərinin pozduğu ortaya çıxıb. AMB tərəfindən “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, “AtaSığorta”ya icrası məcburi göstəriş verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью