AMB: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 4 mlrd. dollar olub | Icma.az
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2024-cü ilin üçüncü rübündə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisi 4 milyard dollar təşkil edib.
"APA-Economics" xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.
Onun sözlərinə görə, cari əməliyyatlar hesabının ÜDM-də payı 7,2%-ni təşkil edib: "Neft-qaz sektoru üzrə CƏH-in profisiti 11,1 mlrd.
dollar, qeyri-neft sektoru üzrə CƏH-in kəsiri 7,1 mlrd. dollar məbləğində olub.
Qeyd edək ki, Mərkəzi Bank və beynəlxalq maliyyə təşkilatları 2024-cü ilin yekunu üzrə Azərbaycanda cari əməliyyatlar hesabının profisitli olacağı proqnozlaşdırır.
Sonuncu dəfə bu il dekabrın 6-da "S&P Global Ratings" Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin 2024-cü ilin sonuna ÜDM-in 6,9 faizi həcmində proqnozlaşdırıb".
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu