Icma.az, Apa.az portalına istinadən məlumat yayır. Azərbaycanda bank kartları ilə baş verən fırıldaqçılıq hallarının böyük hissəsi elektron
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, 2025-ci ilin I və II rübləri üzrə həm ölkədaxili, həm də ölkəxarici fırıldaqçılıq əməliyyatları bu vasitələrlə həyata keçirilib.
2025-ci ilin II rübündə ölkədaxili fırıldaqçılıq əməliyyatlarının 99,7%-i elektron ticarət və mobil tətbiqlər üzərindən aparılıb.
Bu göstərici birinci rübdə 96,9% olub. Ən çox yayılmış fırıldaqçılıq növü isə hesab və kart məlumatlarının ələ keçirilməsi hallarıdır (44,5%
Hesabat dövründə ölkədaxili əməliyyatların sayı 570, ümumi məbləği isə 344 min manat təşkil edib.
Birinci rübdə isə bu rəqəmlər müvafiq olaraq 992 əməliyyat və 430 min manat idi.
Ölkəxarici fırıldaqçılıq əməliyyatlarında artım qeydə alınıb.