Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Bu il Azərbaycanda iqtisadi artımın 2,4 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 4 % olacağı gözlənilir.
"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında bildirib.
"Gələn il üçün isə müvafiq olaraq 2,9 % və 4,3 % artım proqnozlaşdırılır", - deyə o qeyd edib.
Xatırladaq ki, AMB bundan əvvəl - ötən ilin oktyabr ayında 2026-cı ildə ölkədə ümumi daxili məhsulun (ÜDM) 2 %, o cümlədən qeyri-neft-qaz sektorunda 4,4 % artacağını proqnozlaşdırmışdı.
Bundan başqa, T.Kazımov deyib ki, AMB bu il dünya bazarında neftin 1 barelinin orta qiymətinin 65 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin orta qiymətinin isə 269 ABŞ dolları olacağını gözləyir: "Gələn il üçün isə proqnozlarımız 65 ABŞ dolları və 254 ABŞ dollarıdır".
Xatırladaq ki, AMB-nin ötən ilin oktyabr ayında 2026-cı ildə sözügedən qiymətlərin müvafiq olaraq 64 ABŞ dolları və 288 ABŞ dolları olacağını proqnozlaşdırmışdı.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin