AMB bu MMC nin vəzifəli şəxsini cərimələdi

03.02.2026

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Mərkəzi Bankı (AMB) "Fintrend" BOKT MMC-nin vəzifəli şəxsini 2 min manat cərimə edib.

Milli.Az bu barədə AMB-yə istinadən xəbər verir.

"Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən "Fintrend" Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2 000 (iki min) manat məbləğində cərimə edilib", - məlumatda qeyd edilib./Trend 

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью