AMB də İslam bankçılığına dair strateji təşəbbüslər müzakirə edilib FOTO

17.07.2025

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Əl-Huda İslam Bankçılığı və İqtisadiyyatı Mərkəzi arasında İslam bankçılığının inkişafını şərtləndirəcək strateji təşəbbüslər müzakirə edilib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov Mərkəzin baş icraçı direktoru Məhəmməd Zubair Muğalı qəbul edib. Görüş zamanı cari iqtisadi tendensiyalar, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində İslam bankçılığının inkişafını şərtləndirəcək strateji təşəbbüslər və bu istiqamətdə zəruri olan normativ dəyişikliklər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью