AMB də yeni şöbə yaradıldı, departamentin adı dəyişdi

14.09.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankının (AMB) Bazar davranışlarının tənzimlənməsi departamentinin adı Bazar davranışlarına nəzarət və tənzimləmə departamentinə dəyişdirilib.

Axar.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, yeni departementin direktoru da əvvəlki kimi Tamerlan Əliyevdir.

Bundan başqa, AMB-də Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsi yaradılıb. Şöbəyə İlahə Baxışova Tahirli rəhbər təyin edilib.

O, III "Yüksəliş" müsabiqəsinin qalibidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью