AMB dən üç kredit ittifaqına icrası məcburi göstəriş

23.01.2025

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Azərbaycan Mərkəzi Bankı (AMB) "Finans Kredit İttifaqı", "Total Finans Kredit İttifaqı" və "Stimul Kredit İttifaqı" MMC-lərə icrası məcburi göstəriş verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, kredit ittifaqları 2024-cü ilin IV rübünə dair hesabatlar təqdim etməyib, bununla da, “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbini təmin etməyib. Odur ki, “Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü maddəsinin tələbləri rəhbər tutalaraq, onlara bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью