AMB E manatln lisenziyasının qüvvəsini məhdudlaşdırıb

18.07.2025

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Mərkəzi Bankı (AMB) "E-manat" əmtəə nişanın sahibi “Modenis” MMC-yə verdiyi 18 sentyabr 2024-cü il tarixli lisenziyanın qüvvəsini məhdudlaşdırıb.

Bakıvaxtı.az bu barədə AMB-yə istinadən xəbər verir.

Qurum xatırladıb ki, lisenziya “ödəniş əməliyyatının ekvarinqi” və “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” fəaliyyəti üçün verilib.

"Modenis"in müraciətinə əsasən onun lisenziyasında “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” üzrə ödəniş xidməti ləğv edilib. Təşkilat fəaliyyətini ödəniş təşkilatı olaraq davam etdirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью