AMB ilə İsveçrə Milli Bankı qlobal çağırışları müzakirə edib

16.10.2026

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Mərkəzi Bankı (AMB) və İsveçrə Milli Bankı qlobal çağırışları, maliyyə sektorundakı son tendensiyaları, həmçinin makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına yönəlmiş təşəbbüsləri müzakirə edib.

525.az AMB-yə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovla İsveçrə Milli Bankının sədri Martin Şleqel arasında görüşdə aparılıb.

Bildirilib ki, tərəflər Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları çərçivəsində görüşüb.

"Görüşdə ikitərəfli əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə olunaraq gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью