AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası verdi | Icma.az
Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC- poçt rabitəsi milli operatorunun Xankəndi filialına (Xankəndi Poçt) bank fəaliyyəti üçün lisenziya verilib.
Bu barədə Teleqraf.com tənzimləyici quruma istinadən xəbər verir.
Belə ki, lisenziyası noyabrın 18-də verilmiş obyekt Xankəndi şəhəri, İsmət Qayıbov küçəsi, 30 ünvanında fəaliyyət göstərəcək.
Bununla da bank lisenziya almış poçt filiallarının sayı 38-ə çatıb. Məlumata görə, filala İbrahimov Həbib Hümbət oğlu müdir təyin edilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu