AMB Kapital bazarları haqqında qanunvericilik paketi hazırlayır

15.04.2025

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin sonuna qədər "Kapital bazarları" haqqında qanunvericilik paketini həm Nazirlər Kabinetinə, həm də ölkə Prezidentinə təqdim etməyi planlaşdırır. SİA xəbər verir ki, bunu AMB-nin sədrinin müşaviri Vüqar Əliyev bildirib.

"Bu, kapital bazarlarında yeni bir mərhələ, metamarfozdur desəm yanılmaram. Kapital bazarlarının fundamental olaraq inkişaf etdirilməsi üçün böyük layihə həyata keçirilir. Maliyyə bazarlarının digər sektorları da bu işə cəlb edilib", - deyə o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью