AMB nin gələn il pul siyasətini nəzərdən keçirəcəyi tarixlər açıqlanıb

25.12.2025

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci ildə olduğu kimi, 2026-cı ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır.

Bu barədə BAKU.WS quruma istinadən xəbər verir.

Məlumata görə, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə fevralın 4-də, aprelin 2-də, mayın 6-da, iyunun 24-də, avqustun 5-də, sentyabrın 23-də, noyabrın 4-də və dekabrın 23-də açıqlanacaq.

Fevral, may, avqust və noyabrda qərarların açıqlanması AMB-nin sədri Taleh Kazımovun mətbuat konfransı ilə müşayiət olunacaq, həmçinin həmin günlərdə ekspertlərlə görüşlər keçiriləcək.

Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью