AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

01.07.2026

Icma.az bildirir, Banco.az portalına istinadən.

Azərbaycan Mərkəzi Bankı (AMB) Özbəkistanda maliyyə sektorunda rəqəmsal transformasiyasını müzakirə edib.

Bu barədə AMB xəbər verir.

Məlumata görə, Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənd şəhərinə işgüzar səfəri çərçivəsində Özbəkistan Mərkəzi Bankının təşkil etdiyi "Pul siyasəti dialoqu – 2026" forumunda iştirak edib.

"Qlobal dəyişkənlik və rəqəmsallaşma dalğası şəraitində pul siyasəti" mövzusuna həsr olunmuş forum çərçivəsində sektorun rəqəmsal transformasiyası, süni intellekt və maşın öyrənməsinin makroiqtisadi təhlil, inflyasiyanın proqnozlaşdırılması, bank nəzarəti və ödəniş infrastrukturunun inkişafı sahələrində tətbiqi perspektivləri müzakirə olunub. Eyni zamanda, yeni texnologiyaların tətbiqinin güclü əməliyyat dayanıqlılığı, kibertəhlükəsizlik və səmərəli risk idarəetmə mexanizmləri ilə müşayiət edilməsinin vacibliyi vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью