AMB “PulPal”a məcburi göstəriş verib

17.04.2025

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Mərkəzi Bankı (AMB) “PulPal” MMC elektron pul təşkilatına məcburi göstəriş verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun həyata keçirdiyi cari nəzarət prosesləri çərçivəsində “PulPal"da plandankənar, yerində yoxlama zamanı yoxlayıcı lazımi texniki imkanlarla təmin edilməyib, aparılmış əməliyyatlar haqqında dolğun məlumatlar təqdim olunmayıb. Odur ki, “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə əsasən “PulPal”a münasibətdə təshih tədbirləri tətbiq edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью