Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Azərbaycanın qeyri-neft sektorunda əsas ticarət tərəfdaşlarından biridir. Bu sahədə əməliyyatlar Mərkəzi Bank tərəfindən diqqətdə saxlanılır.
“APA-Economics” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Rusiya ilə siyasəti münasibətlərdə gərginliyin iqtisadi münasibətlərə təsirini şərh edən Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
O qeyd edib ki, bu ilin ilk yarısı üzrə idxal və ixrac göstəricilərində və pul baratlarının həcmində hər hansı əhəmiyyətli dəyişiklik müşahidə edilməyib.