AMB təbii qazın qiyməti ilə bağlı proqnozunu azaldıb

23.04.2025

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il və gələn il dünya bazarında neftin 1 barelinin orta qiymətinin 70 ABŞ dollarından çox olacağını gözləyir. SİA xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

"İyunda bununla bağlı daha dəqiq proqnoz verəcəyik", - deyə o qeyd edib.

Bundan başqa, baş bankir deyib ki, bu il təbii qazın 1 000 kubmetrinin orta qiymətinin 304 ABŞ dolları olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, AMB-nin bu ilin yanvar ayında açıqladığı proqnozlara görə, 2025-ci ildə neftin 1 barelinin orta qiyməti 77,3 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 349 ABŞ dolları olmalı idi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью