AMB uçot dərəcəsini dəyişmədi

24.06.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bildirilib ki, faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf diapazonunda sabitləşməsi, geosiyasi vəziyyət, qlobal maliyyə bazarlarında meyillər və ölkədaxili makroiqtisadi mühit nəzərə alınıb.

İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6,5 % səviyyəsində, faiz dəhlizinin aşağı həddi 5,5 %, yuxarı həddi isə 7,5 % səviyyəsində saxlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью