AMB: Valyuta ehtiyatları 3 illik idxalı maliyyələşdirməyə kifayət edir

03.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Bu il oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 73,5 milyard ABŞ dolları təşkil edib ki, bu da əmtəə və xidmətlərin 35,5 aylıq (təxminən 3 illik) idxalını maliyyələşdirmək üçün kifayətdir.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar-sentyabr aylarında ölkənin strateji valyuta ehtiyatları 7,3 % artıb.

AMB-nin məlumatına görə, hazırda valyuta ehtiyatları manatla pul kütləsi göstəricisindən (M2 pul aqreqatı) 3,5 dəfə çoxdur.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью