AMB xüsusi tənzimləmə rejimində iştirakla bağlı müddəti uzadıb

16.01.2025

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Mərkəzi Bankı (AMB) innovativ maliyyə məhsullarının onun nəzarəti altında məhdud şəkildə sınaqdan keçirilməsini təmin edən xüsusi tənzimləmə rejiminin ikinci dövründə iştirakla bağlı müraciətlərin qəbulu müddətini 1 ay - fevralın 15-nə qədər uzadıb.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Xatırladaq ki, xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn məhsullar AMB ilə bağlanılacaq müqavilə əsasında sınaqda iştirak etmək hüququ qazanacaq.

Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində qeyd olunan sənədləri və məlumatları xüsusi internet səhifəsi (sandbox.cbar.az) vasitəsilə və yaxud yazılı şəkildə təqdim etmək mümkündür. Suallar yarandığı təqdirdə [email protected] ünvanına müraciət etmək olar.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью