AMBda rəhbər vəzifələrə yeni təyinatlar

07.01.2025

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Mərkəzi Bankında (AMB) baş direktor və sədrin müşaviri vəzifələrinə yeni təyinatlar olub. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Fuad İsayev baş direktor, Ülvin Əliyev isə sədrin müşaviri təyin edilib. Bununla da, AMB-nin baş direktorlarının sayı 6-ya, sədrin müşavirlərinin sayı isə 4-ə çatıb.

F.İsayev əmək fəaliyyətinə 2005-ci ildə AMB-də başlayıb və son təyinata qədər qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru işləyib. Ü.Əliyev isə əmək fəaliyyətinə 2009-cu ildə turizm sektorunda başlayıb, ardınca “Moody International LTD” şirkətində, “Azercell Telecom” MMC-də, “PAŞA Bank” ASC-də çalışıb, 2022-ci ildən isə AMB-də müxtəlif vəzifələrdə, son təyinata qədər isə Sədrin ofisi departamentinin direktoru işləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью