Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus Azərpoçt MMC-nin Xankəndi filialına bank fəaliyyəti üçün lisenziya verib.
Ölkə.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Məlumata görə, bununla da bank lisenziya almış poçt filiallarının sayı 38-ə çatıb.
Xankəndi filialı işğaldan azad edilmiş ərazilərdə bu cür lisenziya almış ilk poçt filialıdır.
Obyekt Xankəndi şəhəri, İsmət Qayıbov küçəsi, 30 ünvanında yerləşir. Lisenziya noyabrın 18-də verilib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.