AMBnin emissiya etdiyi notların həcmi 4 dəfədən çox azalıb

18.12.2024

Icma.az, Apa.az saytına istinadən bildirir.

Azərbaycan Mərkəzi Bankının (AMB) emissiya etdiyi notların həcmi cari ilin ötən dövründə 4.6 dəfədən çox azalıb.

Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Qeyd edilib ki, pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər, bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. AMB hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq ilin əvvəlindən sterilizasiya əməliyyatlarının məbləğini kəskin azaldıb. Cari ilin noyabr ayında və dekabrın ötən dövründə 1D AZIR indeksi müvafiq olaraq 7.66% və 7.79% olmaqla faiz dəhlizinin daxilində formalaşıb. Təminatsız bazarda aktivlik yüksək olaraq qalır. Təminatsız pul bazarında baş tutan orta günlük əməliyyatların həcmi noyabrda 627.3 mln.manat, dekabrın ötən dövründə isə 402.3 mln.manat olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью